Spiker: “Azərbaycan xalqı Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirir”

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda keçiriləcək V Humanitar Forumda iştirak etmək üçünAzərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikovanı qəbul edib.

Parlamentdən Etikxeber.az-a verilən məlumata görə, spiker bildirib ki, Bakıda Humanitar Forumun keçirilməsi artıq bir ənənə halı alıb.

Sədr görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açaraq,  dövlət başçılarımızın səyi nəticəsində münasibətlərimizin yüksək səviyyədə olduğunu bildirib:

“Azərbaycan xalqı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər”.

Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikova ölkəsinin Azərbaycanı bölgədə özünün əsas tərəfdaşı hesab etdiyini söyləyib.

O, qeyd edib ki, yaxın vaxtlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana növbəti səfəri gözlənilir. Səfər çərçivəsində müzakirə olunacaq məsələlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. Qazaxıstanda 10 mindən çox azərbaycanlının yaşadığını və burada Azərbaycanla Dostluq Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, budəfəki seçkilərdə ölkə parlamentinə azərbaycanlıların nümayəndəsi də seçilib:

“Qazaxıstan gələcəkdə Azərbaycanla əlaqələrini daha da dərinləşdirmək niyyətindədir”.

Etikxeber.az

Read Previous

Avropa İttifaqı: “Bəzi çatışmazlıqlar qeydə alınıb…”

Read Next

Ən uzun körpü inşa ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir