Spiker Bahar Muradovaya niyə minnətdarlıq etdi? – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) növbədənkənar  sessiyasının  növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 28 məsələ salınıb.

Spiker Oqtay Əsədov ilk öncə vitse-spiker Bahar Muradova başda olmaqla, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə minnətdarlığını bildirib.

Qeyd edib ki, nümayəndə heyəti ATƏT PA-nın son sessiyasında  uğurlu fəaliyyəti ilə seçilib.

O, sonra sözü B. Muradovaya verib.

***

Bahar Muradova: Bu, Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub

bakkusə

B. Muradova öz növbəsində bildirib ki, ATƏT PA-nın Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklorasiyada Azərbaycanın təklifləri nəzərə alınıb.

“Bizim maraqlarımız orada təmin olundu”-deyən B. Muradova qeyd edib ki,  Yekun Bəyannamənin 22-ci maddəsində yer alan müddəa neçə gündür ki, müzakirələrə səbəb olub: “Bu, Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub. Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. Bilirsiniz ki, bundan əvvəl 3 ölkənin adı başqa bir maddədə çəkilirdi. Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ konflikti adı ilə başqa maddədə münasibət bildirilirdi.

İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi. ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova da konfliktləri hərtərəfli və dayanıqlı, sülh əldə etmək məqsədilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir”.

***

Spiker və vitse-spiker Azay Quliyevi təbrik etdilər…

Vitse-spiker həmçinin deyib ki, ATƏT PA üzv ölkələri konflikt zonalarında və işğal altındakı ərazilərdə əziyyət çəkən insanların, qaçqın və məcburi köçkünlərin maraqlarını nəzərə almağa çağırır: “Həmçinin işğalçı ölkələri öhdəliklərə diqqət yetirməyə, insan haqlarını pozmamağa  da çağırılır. Bu gün Ermənistan tərəfi işğalçı kimi Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının pozulmasına görə də Ermənistan məsuliyyət daşıyır. 67-ci maddədə qeyd edilir ki, qaçqın və məcburi köçkünlərin öz yaşayış yerlərinə könüllü qayıdış hüququ təmin olunmalıdır. Həmin insanların pozulmuş hüquqlarının bərpası tələb olunur. Bu Bəyannaməyə səs verən 57 ölkə Azərbaycanın mövqeyini müdafiə etmiş oldu”.

B. Muradova sonra Azay Quliyevin yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməsinin də böyük uğur olduğunu vurğulayıb.

Spiker öz növbəsində bir daha əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və A. Quliyevi təbrik edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ramiz Rzayev parlamentin sədri qədər maaş alacaq – 2 475 MANAT

Read Next

2019-cu ilin büdcəsinə dəyişikliklər qəbul olundu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir