SPİKER: “Bu, heç işıq puluna çatmaz…”

2017-ci il üçün Milli Məclisin(MM) saxlanma xərcləri 13% artırılır.
 
Etikxeber.az xəbər verir ki, parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı MM-in 2017-ci il xərclər smetası layihəsi barədə İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib.
 
F. Hacıyev bildirib ki, MM və onun Aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binalara, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. 
Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində MM və onun Aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat manat çoxdur.
F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir:
“Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir”. 
F. Hacıyev onu da əlavə edib ki, parlamentdə ictimai iaşə vəziyyətinin yaxşılaşdırlması məqsədi ilə yeni yeməkxana tikilir və növbəti ilə başa çatacaq.
Parlamentin büdcəsi ilə bağlı F. Haciyevin çıxışına reaksiya verən spiker Oqtay Əsədov isə bunları bildirib:
“Firudin müəllim, çıxışınızdan belə çıxdı ki, parlamentin büdcəsi cəmi 394 min manatdır. Bu, heç işıq puluna çatmaz. Biz keçən il ezamiyyə xərclərinə qəanət etməklə müəyyən vəsait əldə etdik. Amma bir ildə iki dəfə devalvasiya olub. Milli Məclis də digər dövlət qurumlarından fərqli olaraq, ən çox xarici ezamiyyələrdə olan qurumdur. Növbəti ildən beynəlxalq təşkilatlarda fəaliyyəti dayandırılmış  parlament nümayəndə heyətinin fəaliyyətini bərpa ediləcək. Ona görə də ezamiyyə xərcfləri artırılmalı və bu məsələ qaydasına salınmalıdır. Çünki parlament nümayəndə heyəti beynəlxalq  təşkilatlarının işində iştirak etməsə, o zaman fəaliyyətlərində axsaqlıq yaranacaq. Artıq bununla bağlı maliyyə naziri Samir müəllimlə danışmışıq.  Bu məsələ nəzərə alınmalıdır”.
Etikxeber.az

Read Previous

“Bəzilər buradan çıxanda hökumət üzvlərinə bildirir ki, səni nəzərdə tutmurdum…” – SİYAVUŞ NOVRUZOV QƏZƏBLƏNDİ

Read Next

Büdcə zərfi parlamentin dekabrın 16-da qəbul ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir