Spiker millət vəkilinə “ilişdi”: “HAZIRLAYIN, MÜKƏMMƏL OLSUN”

Aqrar sığorta ilə bağlı qanun layihəsində əməlli-başlı dəyişiklik var. Birinci oxunuşla üçüncü oxunuş arasında fərq həddindən artıq çoxdur. Ona görə istərdim ki, lombardlarla da bağlı sənəddə bu fərqi görək, təkliflərimiz, iradlarımız nəzərə alına.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Əli Məsimli “Lombardlar haqqında” yeni qanun  layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

alik-mas

“Yəni, arzumuz, istəyimiz odur ki, mükəmməl bir qanun layihəsi olsun”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Spiker Oqtay Əsədov isə millət vəkilinə yarıciddi, yarızarafat belə cavab verib:

“Qanun  layihəsi sizin komitənindir. Hazırlayın, mükəmməl olsun”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kənd təsərrüfatı avadanlıqlarının istehsalı ƏDV-dən azad edilir…

Read Next

“Bəlkə nə qədər uşaq bu gün aramızda olardı…” – PAŞAYEVADAN SƏRT SÖZLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir