Spiker Türkiyədə parlament sədrləri ilə görüşəcək – BU GÜN

Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri Parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək.

Etikxeber.az-a MM-dən verilən məlumata gğörə, tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.

Nümayəndə heyətinin tərkibinə MM-in komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

oqtay-1

Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq.

Mövzu ilə əlaqədar O. Əsədov  çıxış edəcək.

Burada parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Etikxeber.az

 

Read Previous

Büdcədə həm artımlar, həm azaldılmalar olacaq

Read Next

“Harada görünüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan?…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir