Spikerin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya getdi

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb.

Etikxeber.az-ın məlumatına görə, MM-in mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyətinin tərkibinə komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlar Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir. O. Əsədov MDB Parlament Assambleyasının Şura iclasına qatılacaq, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. İclasda qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.

MDB PA-nın 45-ci plenar iclasında təşkilata üzv ölkələrdə təhsilin keyfiyyəti, “İnklüziv təhsil haqqında”, “Parlament  tədqiqatı haqqında”, “Tibbi sığorta haqqında” model qanun layihələrinə baxılacaq, hərbi münaqişələr zamanı tibbi müəssisələrin və tibb işçilərinin müdafiəsi barədə tövsiyələr dinləniləcək. İclasda “İnternetin tənzimlənməsinin əsasları haqqında” yeni redaksiyada model qanun layihəsi və digər məsələlər də müzakirə olunacaq. Səfər çərçivəsində MM sədrinin təşkilatın  və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər noyabrın 25-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Bu gecə Azərbaycanda 16 dərəcə şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Read Next

Ağsuda kütləvi dava zamanı 4 nəfər bıçaqlandı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir