Spikerin HDP-li müavini ifadə verdi və sərbəst buraxıldı…

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan sərbəst buraxılıb.

Etikxeber.az-ın “Türkiye” qəzetinə istinadən verdiyi xəbərə görə, Pərvin Buldan “günahı və günahkarı tərifləmək” və “terror təşkilatı PKK-nı təbliğ etmək”-də ittiham olunur.

Bu səbəbdən də İğdır Ağır Cəza Məhkəməsi Pərvin Buldanın ifadəsinin alınması üçün Bakırköy Ağır Cəza Məhkəməsinə yazılı müraciət ünvanlayıb. Müraciət əsasında bu gün səhər saatlarında Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan evində həbs olunaraq Bakırköy ədliyyə idarəsinə aparılıb. Orada Pərvin Buldanın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Etikxeber.az

Read Previous

Sabah Prezidentin 55 yaşı tamam olur – FOTOLAR

Read Next

Əliye idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir