“Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və…”-NAZİR MÜAVİNİ

“Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib.

Etikxeber.az-ın məlumatına görə, bunu hava limanında olan jurnalistlərə Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, vaksinin ilk partiyası gətirilib:

“Bildiyiniz kimi iki ildir pandemiya davam edir. Xəstəliklə mübarizədə hələ ki, dünya ölkələri əsaslı dönüş yarada bilməyiblər. Ən effektli mübarizə üsulu peyvəndlənmədir. Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın siyasi dəstəyi və nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib. İlk olaraq Çin istehsalı peyvəndindən istifadə olunub. Sonra AstraZeneca vaksinləri gəldi. Bu gün burda “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq.  “Sputnik V” özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd alıb. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.

Qeyd edək ki, bu gün Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası ölkəyə gətirilib.

Vaksini gətirən təyyarəni isə Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Şəhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Etikxeber.az

Read Previous

Azad Rəhimov-DƏFN EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Azərbaycanda 5-6 adam var, hansı daşı qaldırırsan, altından onlar çıxır…”-TANINMIŞ JURNALİSTDƏN SƏRT İTTİHAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir