Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib.
Etikxeber.az xəbər verir ki, səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın “Krasnodar” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” klubuna ikinci dəfə məğlub olub – 1:2.
İsveçrənin “Yanq Boyz” klubu Serbiyada “Srvena Zvezda” ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən Serbiya təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Bu klublar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib – 2:2.
Günün üçüncü qarşılaşması isə Norveçdə oynanılıb. “Rusenborq” Xorvatiyanın “Dinamo” kollektivini qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu klublar arasında ilk qarşılaşma 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.
Beləliklə, “Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo” qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, “Ayaks” – APOEL (0:0), “Brügge” – LASK (1:0) və “Slavia Praqa” – “ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.
Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda olacaq.
Etikxeber.az





