Stadnik, Ağayev, Əliyev…Tokio Yay Olimpiya Oyunlarının mükafatçıları-TƏLTİF OLUNDU, PUL MÜKAFATINA LAYİQ GÖRÜLDÜLƏR… – YENİLƏNİB – (2)

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Morozov Denis Valeryeviç

Musayev Füzuli İsa oğlu

Tağıyev Qurban Vaqif oğlu.

***

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

İkinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

Üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında da Sərəncam imzalayıb.

Sərəncama əsasən XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Stadnik Mariya Vasilyevna

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Ağayev Rəfael Mahir oğlu

Əliyev Hacı Azər oğlu

Zaretska İrina İqorevna

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Alfonso Dominguez Loren Berto Berto

Kindzerska İryna

Hüseynov Rafiq Radik oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Aslan Loğman oğlu

Əzimzadə Elman Süleyman oğlu

“Tərəqqi” medalı ilə

Cəfərov Vüsal Səfa oğlu

Məmmədov Anar Vahid oğlu

Məmmədov Orxan Rasim oğlu

Məmmədov Rəşad Nizami oğlu

Hüseynov Radik Rafiq oğlu

Tarakanov Aleksandr Petroviç

Horta Dominguez Humberto.

***

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

– İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

– Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

– Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Etikxeber.az

Read Previous

“Destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur”-XİN-DƏN ETİRAZ

Read Next

Əfqanıstan hökumətindən ölkədəki vəziyyətlə əlaqədar BMT TŞ-nin toplanmasına-ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir