Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cari ilin yanvarında əsas kapitala 954,2 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, vəsaitin 851,8 milyon manatı və ya 89,3 faizi məhsul istehsalı obyektlərinin, 73,9 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 28,5 milyon manatı (3,0 faizi) isə ümumi sahəsi 107,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 300,1 milyon manatını və ya 31,5 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitin 673,4 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Etikxeber.az