Statistika Komitəsi: 3890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17806,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10848,4 milyon dollar, idxalın dəyəri 6958,0 milyon dollar təşkil edib, nəticədə 3890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 37,6 faizi Avropa İttifaqı ölkələrinin, 12,1 faizi MDB-yə üzv dövlətlərin, 50,3 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib.

Etikxeber.az

Read Previous

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlandı

Read Next

Strateji Yol Xəritəsi: Milli Turizm Təbliğat Bürosu yaradılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir