Statistika Komitəsi: Çoxlu sayda iri obyektlər istifadəyə verilib

Ötən il paytaxtda iriqabaritli transformatorların, gips və oksigen zavodlarının, Bakı Metropoliteninin yeni bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının, əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqlarının, Gəncədə “Nizami” elektrik yarımstansiyasının tikintisi başa çatdırlıb.

Bu barədə Etikxeber.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Eyni zamanda, Sumqayıtda şahmat məktəbi, Ağstafada “Modern” mebel fabriki, “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, musiqi mərkəzi, Füzuli rayonunda avtovağzal kompleksi, Xaçmazda Yalama Aqroparkı, İsmayıllıda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının inşası yekunlaşıb.

Kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar, Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” hoteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tərtərdə Uşaq-Gənclər Şahmat Məktəbi və Tərtər çayı üzərində körpü, Tovuzçay su anbarı da ötən il istifadəyə verilən obyektlər sırasındadır. Bundan əlavə, ölkədə 4972 şagird yerlik 20 ümumtəhsil məktəb binası, 2267 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, 300 çarpayılıq 3 xəstəxana binası, 700 yerlik 5 klub və digər obyektlər istifadəyə verilib.

Etikxeber.az

Read Previous

Bakıda birotaqlı ev yandı

Read Next

“Sumqayıt” “Qəbələ”-nin yetirməsini heyətinə cəlb etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir