Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-oktyabr aylarında 12,5 milyon ton yük, 1580,8 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 11,9 faiz azalma, sərnişin daşınmasında isə 0,6 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 440 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,9 min ton, qərb istiqaməti üzrə 5 min ton, cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.
Etikxeber.az