Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cari ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 milyard 251,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, xarici ölkələrin və beynəlxalq təşkilatların əsas kapitala yönəltdikləri vəsaitin 5 milyard 426,1 milyon manatı (86,8 faizi) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,7 faizini əsaslı təmir, 4,1 faizini cari təmir, 15,7 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 86,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Etikxeber.az