Statistika Komitəsi: Pərakəndə ticarət dövriyyəsi 21 milyard manatdan çox olub

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 21,1 milyard manat olub.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, istehlak məhsullarının 99,8 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,1 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı ayda orta hesabla 243,4 manatlıq və ya 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 32,2 manat çox əmtəə alıb.

Etikxeber.az

Read Previous

75 yaşını qeyd edən Xalq artisti: “Özümü əla hiss edirəm”

Read Next

Ticarət dövriyyəsinin həcmini 15 milyard dolları səviyyəsinə çatdırmaq hədəflərimzdəndir – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir