“Strateji tərəfdaşlığı səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik” – PUTİN

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Etikxeber.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən iyirmi beş il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamağa, yeni, dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq.

Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir.

Əminəm ki, biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik. Bu, bizim dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında cərəyan edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, Sizin bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq arzu edirəm”.

Etikxeber.az

Read Previous

Növbəti monitorinq həyata keçirilib – NAZİRLİK

Read Next

Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunan filmin təqdimat mərasimi keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir