Su anbarında suyun səviyyəsi qalxdı

Hacıqabul rayonundakı Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

Etikxeber.az xəbər verir ki, son günlər aramsız yağan yağışlar nəticəsində Pirsaat və ona qovuşan digər dağ çaylarının sululuğu artıb. Bu səbəbdən də rayonun Pirsaat kəndi ərazisində eyniadlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin qalxıb, anbarın ətraf əraziləri və kəndə gedən yolun üzərindəki körpü su altında qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar əraziyə texnika və canlı qüvvə göndərilib.

Etikxeber.az

Read Previous

“Karmen” operası nümayiş olunacaq

Read Next

Azərbaycanın və Litvanın tibb universitetləri əməkdaşlıq edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir