“Pərviz çox sakit, çox mehriban, həm də çox Cəsur və əsl Vətənpərvər idi…”-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU, ONUN QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 23 sentyabr tarixində Hacıqabul rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi-MAXE Pərviz Balabəyovun Abidəsinin-Xatirə lövhəsinin açılışı olacaq.

Açılış mərasimi saat 10:00-da başlayacaq.

Etikxeber.az xəbər verir ki, mərasimdə Şəhidin anası, ailə üzvləri, yaxılnları, qonşuları, Hacıqabullu Şəhid ailələri və digərləri iştirak edəcəklər.

Açılışda öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, sonra çıxışlar ediləcək.

Daha sonra abidənin açılışı olacaq.

Qeyd edək ki, Pərviz Tofiq oğlu Balabəyov 1987-ci ilin iyunun 14-də Hacıqabulda sadə bir ailədə anadan olub.

33 illik ömrünün son 5 ilini Ordu, hərbi ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.

Və İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Cəbrayıl istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhdilik zirvəsinə ucalıb.

33 yaşında Şəhid olan Pərviz Balabəyovun nəşi sentyabrın 28-də Hacıqabul rayon qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn edilib.

Ölümündən sonra 3 medalla təltif edilib.

Pərviz həm də subay olub.

Allah məkanını cənnətlik etsin, ruhu şad olsun!

Böyük Yaradan anasına, ailəsinə səbr versin!

00:00

***

Hazırda Hacıqabulda, Şəhid Pərviz Balabəyovgildəyəm.

Pərvizgil ailədə üç uşaq, iki qardaş, bir bacı olublar…

Atalarını da erkən, vaxtsız itiriblər…

Anaları Səbirə xanım onlara, övladlarına həm analıq, həm də atalıq edib…

Və elə bu yerdə xatırladım ki, hələ bir neçə ay öncə Şəhidimizin evində, ailəsində olmuş, ailə üzvləri ilə görüşmüş, başsağlığı vermiş, söhbətləşmiş və geniş yazı hazırlamışdım.

Bu gün, abidəsinin açılşından bir qədər öncə Şəhidimizin anası Səbirə xanım, bacısı Günel xanım və qardaşı Şahin bəylə yenidən görüşüb, bir daha başsağlığı verdim, onlara bir daha Allahdan səbr dilədim, bir daha “Cəmi Şəhidlərimizin, içində də Pərvizin ruhu şad, məkanı cənnətlik olsun”-dedim.

Qeyd edim ki, Şəhidimizin Abidəsinin-Xatirə lövhəsinin açılışı təxminən 40 dəqiqədən sonra baş tutacaq.

Açılışda Hacıqabul və Şirvandan olan Şəhid ailələri, Şəhidin ailə üzvləri, döyüş, hərbçi yoldaşları, Hacıqabul rayon rəhbərliyi və digərləri iştirak edəcəklər.

09:30

***

Saat 10:05

Şəhidimizin Abidəsinin-Xatirə lövhəsinin açılış mərasimi başlayıb…

Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət himni oxunub və səsləndirilib.

Həmçinin, Şəhidlərin ruhlarına dualar oxunub.

Daha sonra Şəhidin ailə üzvləri tərəfindən Abidənin-Xatirə lövhəsinin üzərindən ağ öprək qaldırılıb və açılış edilib.

Açılışdan sonra çıxışlara başlanıb.

Şəhidin ailə üzvləri mərasimə toplaşanlara, Şəhid ailələrinə onları belə bir gündə tək buraxmadıqları, onlara dəstək olduqları üçün minnətdarlıqlarını bildiriblər.

Mərasimdə eyni zamanda, Şəhid Pərviz Balabəyovun qısa, lakin şəfərli 33 illik həyat və hərb, döyüş yolundan bəhs edilib.

Qeyd edilib ki, Pərviz çox sakit, çox mehriban, eyni zamanda, çox Cəsur, əsl Vətənpərvər və Vətən sevdalısı idi.

Onu Vətəndən, Torpaqdan başqa heç nə düşündürmürdü, elə buna görə də şəxsi həyatını ikinci plana atmiş, ailə həyatı qurmamışdı…

Bununla yanaşı, mərasimdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Şəhidin müəllimi Sədaqət Həsənova, Şəhid anaları-Elnarə xanım və Şəlalə xanım və digər şəxslər çıxış ediblər.

Onlar bütün Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər, eyni zamanda, Qələbə, Zəfər Şəhidlərinin ailələrinin daim başlarını dik tutmalarını arzulayıblar.

Açılışda məktəblilərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər də səsləndirilib.

10:35

***

Açılış mərasimi təxminən 50 dəqiqə çəkib.

Açılışdan sonra Şəhidin adına ehsan süfrəsi açılıb, Pərviz Balabəyov da daxil olmaqla, bir daha Şəhidlərin ruhlarına dualar edilib.

11:06

***

FOTOLAR:

11:36

***

12:09

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sosial şəbəkələrdə onlayn yolla narkotik satışı təşkil edən narkokuryerlər-TUTULDU – FOTO

Read Next

Sabiq MTN generalının məhkəməsində ziyana görə 315 min dollar və 300 min manatlıq-MÜLKİ İDDİ QALDIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir