“Subay idi, toy etmək istəyirdik, amma balamız toysuz getdi bu dünyadan…”-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, ALİ TƏHSİLLİ, İDMANÇI, BAŞ LEYTENANT, BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SİYAVUŞ MURADOVUN ANASI AYNA MURADOVA – FOTOLAR

Əslən Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Siyavuş Akif oğlu Muradov…

Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı…

İgid, Cəsur, Qorxmaz, Vətən sevdalısı Azərbaycan övladı…

29 yaşında Vətəni, Qarabağı yolunda canını qurban edən Azərbaycan fədaisi…

Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi…

Siyavuş Muradov 1991-ci ilin avqust ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində sadə bir ailədə dünyaya gəlib…

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçüb, orada yaşayıblar…

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, ali təhsilə yiyələnib…

Həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb…

O, idmançı olmaqla yanaşı, həm də musiqiçi olub…

Baş leytenat hərbi rütbəsini daşıyıb…

Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarında 3 il xidmət etdikdən sonra, Azərbaycan Ordusunda fəaliyyət göstərib…

Azərbaycan Ordusunun zabiti, peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə olub…

Bir aya yaxın şərəfli döyüş yolu keçib, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı istiqamətlərində döyüşüb, vuruşub…

Qəhrəmanlıqlara imza atıb…

Axırıncı dəfə ailəsi ilə Şəhidliyindən bir gün, cəmi saatlar öncə danışıb…

25-i oktyabr tarixində, səhər saatlarında Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 26 oktyabr tarixində Beyləqan rayonunun Əmirzeyidli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra üç medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı idi…

Atası Akif Muradov da müharibə-Birinci Qarabağ Savaşının iştirakçısı olub…

O, həm də subay olub…

Anası Ayna xanımın dediklərindən:

“Çoxlu arzularımız var idi balamızla bağlı… Özünün də, bizim də arzularımız gözümüzdə qaldı…Subay idi, toy etmək istəyirdik, amma balamız toysuz getdi bu dünyadan…Onsuz yaşamaq bizə, bir ana kimi mənə çox çətindir, çox…”

Anası, eyni zamanda, ailəsi orta məktəbə övladlarının adını verilməsini istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

Məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun-Şəhidimizin!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik”- İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Read Next

Məzarsız Şəhidin, həm də Qazi Anası…Dörd oğlundan üçünü itirmiş 74 yaşlı yaralı Zeynəb Ana…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir