Şübhəli avtomobildən 10 kiloqrama yaxın narkotik götürülüb

Biləsuvarda şübhəli avtomobildən 10 kiloqrama yaxın narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sərnişini, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyevin də olduğu avtomobilə baxış zamanı 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülüb.

Etikxeber.az

Read Previous

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və siqaret aşkar edildi

Read Next

Budapeştdə xalq mahnılarından ibarət konsert oldu: “Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği baxımından çox əhəmiyyətlidir” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir