Subotiç yenidən “Qəbələ”də

“Qəbələ” klubu qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

Klubdan Etikxeber.az-dan bildiriblər ki, mövsümün ilk yarısından sonra yarımmüdafiəçisi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayan “qırmızı-qaralar” hücum xəttini Daniel Subotiç ilə gücləndiriblər.

İyirmi səkkiz yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb. 2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli futbolçu 2013-2014-cü il mövsümündə də “qırmızı-qara” forma geyinib. Hücumçu komandanın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.

İsveçrənin “Bazel” klubunun yetirməsi olan D.Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə “Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın “Zulte-Varegem” və İtaliyanın “Qrosseto” klublarında çıxış edib. Rumıniyada Krayovanın “Universtatya” və “Tarqu Mureş” komandalarının ardından Ukraynaya yollanan forvard 2012-2013-cü illərdə “Volın”da forma geyinib. “Qəbələ”də keçirdiyi 2013-2014-cü il mövsümünün ardından isveçrəli Küveytə yollanaraq “Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın “Şerif” klubu ilə anlaşan futbolçu son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı il mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib.

“Qəbələ”nin yeni transferi İsveçrə milli komandasının da şərəfini qoruyub. O, 2007-2008-ci illərdə U-19 yığmasında çıxış edib.

Etikxeber.az

Read Previous

“Azəryol” “Tbilisi” klubunu məğlub etdi – FOTO

Read Next

Gəncə Dövlət Universitetində “Gənclər Günü”nə həsr edilmiş konfrans keçirildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir