Sudanlı parlamentari Ermənistana etiraz bildirməyə çağırış etdi, ancaq…

Ermənistan qoşunları Azərbaycan torpaqlarını işğal edib və bu gün də həmin əraziləri işğal altında saxlayır.

Etikxeber.az-ın xəbərinə görə, bunu  Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında çıxış edən sudanlı parlamentari deyib.

“Hesab edirəm ki, biz Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələyə münasibət bildirməli və Konfrans adından etiraz bəyanatı qəbul etməliyik”-deyə, sudanlı parlamentari deyib.

“Təklifə görə təşəkkürümü bildirirəm. Biz bu günə qədər bu və ya digər məsələlərlə bağlı bəyanatlar vermişik, qətnamələr qəbul etmik. Amma bununla belə, qətnamələrimizi icra erməyə  kimlərisə məcbur edə bilmərik. Bu günə kimi bizim qətnamələri icra edənlər də olub, etməyənlər də…”.

Bunu isə sudanlı deputatın təklifinə cavabında PAİ-nin  prezidenti Qabriela Kuevas Barron deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Türkiyə bundan sonra da Azərbaycana güclü dəstək verəcək – ÇAVUŞOĞLU – FOTO – YENİLƏNİB

Read Next

“Sülhə aparan yol budur…” – LEYLA ƏLİYEVADAN RUSİYALI QADINLARA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir