“Şükürlər olsun, Avroliqanın final oyunu yüksək səviyyədə keçirildi” – SPİKER

UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

“Xaricdə belə oyunlar zamanı toqquşmalar yaranır. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”– deyən O. Əsədov bu yarışın əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər: “Mən onlara təşəkkür edirəm”.

Millət vəkili Çingiz Qənizadə də başda polis olmaqla oyun zamanı təhlükəsizlik tədbirləri həyata keçirən şəxslərin hamısına minnətdarlığını bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sikayətçinin yazılı müraciəti ilə yoxlamanın baxılma müddəti 30 günədək uzadılır – DƏYİŞİKLİK – YENİLƏNİB

Read Next

Tikintidə yoxlamaların aparılmasına razılıq verən dəyişiklik qəbul olundu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir