Süleyman Abdullayev, Ənvər Həsənov hələ də Əməkdar artist qrafasında qalıb – DEPUTATDAN TƏPKİ

Allah rəhmət etsin Habil Əliyevə, bu böyük kaman ustası həm də böyük satira ustası kimi tanınırdı.

Onunla bağlı maraqlı bir lətifə söyləyirlər. Lətifənin qısa özəti belədir.

Yenicə əməkdar artist adı almış manıslardan biri Habil Əlievlə rastlaşanda incik şəkildə xitab edir ki, Habil Əmi, nədən məni təbrik etmirsən?

Habil soruşur ki, bala, nə münasibətlə?

Manıs cavab verir ki, bəs mənə əməkdar artist adını verdilər. Habilin çox ibrətamiz cavabı olur: Bala, adama çox şey verərlər, bəs sən utanmadın bu adı götürməyə?

Yəni fəxri adları almağa haqqı çatanlara görə hamı sevinir, haqqı çatmayanların da Allah işlərini avand etsin, day nə etmək olar, götürüblər də…

Sadəcə, istədim xatırladam ki, Azərbaycanın böyük muğam ustası, böyük sənət adamı Süleyman Abdullayev, Azərbaycan kinosunun korifey sənətkarlarından biri Ənvər Həsənov hələ də Əməkdar artist qrafasında qalıb.

Arada bir mədəniyyət başbilənlərimiz toylarda manısları dinləməkdən başını qaldırıb qıraq-bucaqda unudulmuş gerçək sənət adamlarına da baxsınlar.

Sadəcə, savab bir iş olardı deyə, xatırlatmağı düşündüm.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Tanrı və Tarix bizə bu sərvəti – 28 mayı çox görməsin!” – RAFAEL HÜSEYNOV

Read Next

Prezidentlə birinci vitse-prezident AXC-nin 100 illik yubiley tədbirində – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir