“Sülh bağlamaq asan olmayacaq…” – TRAMP

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, israillilərlə fələstinlilər uzun müddət davam edən qanlı münaqişəni nizamlayaraq sülhə nail ola bilərlər.

Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu fikri İsrailə və Fələstinə səfərinin yekunlarını şərh edərkən səsləndirib. “Sülh bağlamaq asan olmayacaq və tərəflər çətin qərarlar qəbul etməlidir” – deyə, ABŞ prezidenti bildirib.

Tramp, həmçinin hər zaman İsrailin yayında yer alacağını deyib və iki ölkə arasında ittifaqın sarsılmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq turnesi çərçivəsində İsrailə və Fələstinə səfər edib. O, əvvəlcə İsrail Prezidenti Reuven Rivlin və Baş nazir Binyamin Netanyahu, sonra isə Fələstin lideri Mahmud Abbasla görüşüb.

Etikxeber.az

Read Previous

“Sanki yer yarılıb, “FETÖ”-nün “siyasi ayağı” yerin dibinə girib” – BAXÇALI

Read Next

“Beynəlxalq Bank tezliklə özəlləşdiriləcək, lakin…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir