“Sülh danışıqlarından imtina edilsin”, “Qaz və işığın limiti artırılsın” … – DEPUTATLAR BU TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİLƏR – YENİLƏNİB – (3)

 Parlamentdə sülh danışıqlarından imtina edilməsi təklifi səsləndirildi

Ermənistan BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi illik hesabatdan əlavə, qondarma Dağlıq Qarabağın adına da hesabat təqdim edib. Bu hesabat da 6 dildə yayımlanıb. Bu, onların növbəti təxribatıdır.

Etikxeber.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsində deyib.

Millət vəkili deyib ki, bununla bağlı müvafiq qurumlar münasibətini bildriməlidirlər: “Ermənistan  belə təxribatları bir neçə dəfə edib. İndiyə qədər BMT belə bir şeyə yol verməyib.  Bu dəfə isə BMT də bu təxribata imkan verib. Həmin hesabatı öz saytında yerləşdirib və 6 dildə yayımlayıb. BMT işğal faktını dəfələrlə qeyd edib. Ermənistan bir az da qabağa gedərək qondarma “Artsax” adı ilə bu hesabatı təqdim edib. Bunu Azərbaycanın BMT-də akkreditə olunmuş şəxsləri araşdırılmalıdır və  bu hesabat BMT-nin saytından çıxarılmalıdır”.

*** 

Deputat Tahir Kərimli öz növbəsində  həmkarının fikirlərini dəstəkləyib.

Təklif edib ki, sülh danışıqlarından imtina edilsin: “Hazırda  xalqları sülhə hazırlamaq ətrafında müzakirələr gedir. Hansı sülhdən danışılır?  Axı ermənilər bizi təhqir edir və deyirlər ki, sizə bir qarış da torpaq verməyəcəyik. Bacarırsınızsa, gəlin alın. Xarici işlər naziri  niyə durub bununla bağlı bəyanat vermir?!”.

***

meclis-oqtay-1

 Vitse-spiker Valeh Ələsgərov isə sülh danışıqlarının və sülh razılşamasının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirib:

“Axı, nəyə görə insanları qıcıqlandırmaq lazımdır. Real siyasətdən başı çıxan adamlar bunu deməməlidir”.

 *** 

Deputat Heydər Əliyev Fonduna minnətdarlıq etdi

Deputat T. Kərimli çıxışında həmçinin  tanınmış şair  Musa Yaqubun səhhəti  və ona ad verilməsi məsələsini qaldırıb. 

Millət vəkili  bildirib ki, bu günlərdə şairə baş çəkib: “ Sağ olsun, Heydər Əliyev Fondu onun səhhətinin müalicəsi məşğuldur. May ayında onun ad günü olacaq. Ümid edirik ki, bu ərəfədə ona ad verilməsi məsələsi də öz həllini tapar”.

 

***

fazil-mustafa-88

Qaz və işığın limiti artırılsın

İclasda eyni zamanda, qaz və işıqla bağlı limitin artırılması təklif olunub.

Deputat F. Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər: “Mən təklif edirəm ki, bu limitlər ən azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar  borcu ödəyə bilmirlər. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız”.

Eyni zamanda, deputatlar Qənirə Paşayeva və T. Kərimli də  həmkarının  təkliflərini dəstəkləyib. T. Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib.

 Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbaycanla Avropa İttifaqı arasında saziş baş tutacaqmı? – MİLLƏT VƏKİLİ

Read Next

İTV-nin Yayım Şurasının yeni 3 üzvü məlum oldu-ADLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir