“Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və sülh müqaviləsinin tezliklə imzalanmasını istəyirik”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Etikxeber.az xəbər verir ki, görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA…

Read Next

“Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”-ZAHİD ORUCDAN NÖVBƏTİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir