“Sülh Şurası istənilən ölkəyə açıqdır… İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər…”-TRAMP – FOTOLAR – YENİLƏNİB – (2)

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

***

Sülh Şurası istənilən ölkəyə açıqdır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının birinci iclasında çıxışı zamanı deyib.

“Biz, həqiqətən yaxşı iş görürük və bizimlə olan liderlərdən bəziləri mənə çox kömək etdi”-deyən Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyib:

“Düşünürəm ki, doqquzuncu da gələcək. Düşünürdük, o, ən asanı olacaq, amma daha çətin oldu. Amma müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən. Bizim əla münasibətlərimiz olub və mən bir çox insanla dostlaşmışam. Burada olduğunuz üçün minnətdaram. Bunlar əla insanlardır. Bunlar əla liderlərdir”.

“Onlar yaxşı insandırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar”-deyən ABŞ Prezidenti bildirib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. “Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. …Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar”, – deyə o əlavə edib.

19:15

****

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi.

ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış etdi.

19:26

***

İranla bağlı hələ görəcək işimiz var.

Bu barədə də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında deyib.

“Onların nüvə silahı olmamalıdır. Bu, çox açıq şəkildə onlara bildirilib”, — Tramp bildirib.

Tramp qeyd edib ki, Uitkoff və Kuşner iranlılarla “yaxşı danışıqlar” aparıb: “Mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər”.

O əlavə edib ki, yaxın 10 gün ərzində razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək:

“Bəlkə bir addım daha irəli getməli olacağıq, bəlkə də yox. Bəlkə bir razılaşma əldə edəcəyik. Təxminən növbəti 10 gün ərzində bunu öyrənəcəksiniz”.

Etikxeber.az

Read Previous

“Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq”-DİN-DƏN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Read Next

Xocalı faciəsi zamanı itkin düşən Şəhid Zibeydə Əhmədova 34 il sonra Xocalıda-ƏBƏDİYYƏTƏ UĞURLANDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir