Sulu qar yağacaq-BAKIDA

Martın 11-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşama doğru 3°-yə yaxın olacaq. Bakıda gecə və gündüz 4-6° isti, axşama doğru 3°-yə yaxın olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Etikxeber.az

Read Previous

“Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdamdakı mövqelərimizi atəşə tutub”-MN

Read Next

Kür çayının qurumasının qarşısını almaq üçün görüləcək tədbirlər-AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir