“Sumqayıt” daha iki futbolçu ilə üçillik müqavilə imzaladı

Futbol üzrə 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha da gücləndirib.

Klubun mətbuat xidmətindən Etikxeber.az–a bildiriblər ki, “Sumqayıt” futbol akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri Rüfət və Səbuhi Abdullazadə ilə üçillik müqavilə imzalanıb.

Rüfət 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcəklər.

U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt ediblər. R.Abdullazadə həmin mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) Premyer Liqada ilk oyununu keçirib. S.Abdullazadə isə bu uğura 14-cü turda “Kəpəz” ilə oyunda (3:0) nail olub.

Hər iki yarımmüdafiəçi 2017-2018-ci il mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Etikxeber.az

Read Previous

Bu gün Milli Məclis öz işini başa vuracaq?

Read Next

İstanbul Avropanın, Yaponiya isə dünyanın ən qonaqpərvəri oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir