Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Sumqayıt” futbol klubu Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam edir. Hazırlıq proqramı çərçivəsində məşqlər baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da keçirilir.
Futbol klubunun mətbuat xidmətindən Etikxeber.az–a bildirilib ki, komanda təlim-məşq toplanışının növbəti mərhələsini ötən mövsüm olduğu kimi Türkiyənin Antalya şəhərində keçirəcək. Belə ki, yanvarın 10-da dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq “Sumqayıt” futbol klubu qardaş ölkəyə yola düşəcək.
“Sumqayıt” Antalyada “The Sense De Luxe” otelində məskunlaşacaq. Komanda Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.
Etikxeber.az