Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir- SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, sənayeləşmənin prioritet istiqamətləri üzrə özəl investisiya fəaliyyətinin təşviqi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı üç ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

Prezident Mukhercini təbrik etdi

Read Next

Yanvarın 26-da “Avro-2019”-un seçmə mərhələsinin püşkü atılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir