Sumqayıt şəhər stadionu əsaslı təmir olunacaq

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu əsaslı təmir olunacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.

Qeyd edək ki, stadion bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Nəsimi adına parkın əhatəsində yerləşir. 1966-cı il iyulun 1-də istifadəyə verilən stadion 1979-1980-ci və 1993-1994-cü illərdə təmirə dayandırılıb. Sonuncu dəfə isə 2011-ci ildə burada kiçik təmir işləri aparılıb.

Stadion xeyli vaxtdır baxımsızlıq ucbatından yararsız hala düşüb. Öt örtüyünün, tribunalardakı oturacaqların, paltardəyişmə və digər yardımçı otaqların ciddi təmirə ehtiyacı var.

Şəhər stadionunun yenidən qurulması həm sumqayıtlı futbolçular, həm də azarkeşlərin ürəyincədir.

Etikxeber.az

Read Previous

“Qəbələ” klubu “Ateitis Cup” turnirində iştirak edəcək

Read Next

Abşeron və Bakıda yanğın baş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir