Sumqayıtda əməliyyat keçirildi…

Sumqayıt şəhər sakinindən silah-sursat və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məhərrəmovdan kustar üsulla hazırlanmış tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, habelə 22,470 qram heroin götürülüb. Onun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Etikxeber.az

Read Previous

Dəm qazı “terroru” davam edir…

Read Next

Pul və qızıl oğurlayan şəxs tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir