Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidləri-Tək övladlar: Rüfət Mustafayev və Abdulla Əhmədov-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR

Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan tək övladlar–Abdulla (Mir Abdulla) Hacı Əhməd oğlu Əhmədov və Rüfət Zöhrab oğlu Mustafayevin doğum günləridir.

Bu gün-12 mart 2026-cı il tarixində Abdulla Əhmədovun 24, Rüfət Mustafayevin isə 30 yaşları tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Etikxeber.az xəbər verir ki, əslən Xızılı olan Abdulla Əhmədov 2002-ci ilin mart ayının 12-də, Sumqayıt şəhərində dünyaya gəlib.

12 ildən sonra dünyaya gələn Abdulla evin-ailənin tək övladı olub.

2019-cu ildə orta məktəbi bitirib, bir neçə ay sonra, 2020-ci ilin may ayının 5-də həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib

Müharibənin 5-ci günündə, oktyabr ayının 1-də isə Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 9 gün sonra, oktyabrın 10-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra cəmi iki medalla-“Vətən uğrunda”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ancaq valideynləri övladlarının digər medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyirlər.

18 yaşında Şəhidlik məqamına ucalan Abdulla həm də subay olub.

***

Əslən Qubadlılı olan Rüfət Mustafayev isə 1996-cı ilin mart ayının 12-də, Sumqayıt şəhərində dünyaya gəlib.

O da evin-ailənin tək övladı olub.

Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə Azərbaycan Texniki Universitetinə (ATU) daxil olub və 2017-ci ildə ali təhsilini başa vurub.

Ali təhsilini başa vurduqdan sonra bir müddət işləyib, 2019-cu ilin oktyabrında isə həqiqi hərbi xidmətə yollanıb.

Goranboy istiqamətində yerləşən hərbi hissələrdən birində hərbi xidmətə başlayıb.

Əsgərliyinin başa çatmasına az qalmş isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.

Sonuncu dəfə anası ilə oktyabrın 8-də, atası ilə oktyabrın 9-da danışıb.

Bir gün sonra, döyüşlərin 14-cü günündə, oktyabr ayının 10-da isə Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 3 gün sonra, oktyabrın 13-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Eyni zamanda, Şəhidin valideynləri övladlarının ordenlə təltif olunmasını istəyirlər.

24 yaşında Şəhidlik məqamına ucalan Rüfət də subay olub.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Cəmi yeddi aydır ki, sülhdə yaşayırıq…Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Bu gün Cənnətdəki üçüncü doğum günü, 21 yaşı tamam olan-AİLƏNİN İKİ ÖVLADINDAN-ƏKİZ QARDAŞLARDAN BİRİ, ŞAMAXILI ANTİTERROR ŞƏHİDİ FƏRİD ALIYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir