Süni intellekt informasiya texnologiyaları sahəsinin 80 faizini təşkil edəcək

“Sun Microsystems” şirkətinin təsisçisi Vinod Xosla süni intellektin bir neçə ildən sonra informasiya texnologiyaları mütəxəssislərinin işini yerinə yetirə biləcəyinə dair açıqlama verib. O, süni intellektin serverlərə və data mərkəzlərə də daxil olacağını bildirib.

Etikxeber.az nanonewsnet.ru saytına istinadla xəbər verir ki, “Tesla Motors” şirkətinin qurucusu İlon Maskın fikrincə, avtomatlaşdırma insanlar üçün yeni imkanlar açacaq, daha çox istirahət etməyə və işdə maraqlı tapşırıqları yerinə yetirməyə imkan verəcək.

“LendingRobots” şirkətinin direktoru Emmanuel Maro isə tezliklə robotların insanları hətta rəhbər vəzifələrdə əvəz edəcəklərini bildirib. O, qeyd edib ki, Kanadada vətəndaşların 30 faizi qərəzsiz kompüter proqramının insanla müqayisədə daha etibarlı rəhbər olacağına inanır.

Etikxeber.az

Read Previous

Baş məşqçi postuna Soutqeyt təyin edildi

Read Next

Alim Qasımov və qızı Fərqanə Qasımova İzmirdə konsert proqramı ilə çıxış edib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir