Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Suqovaşının (əslində QANQOVUŞANın) azad edilməsindən dörd il ötür…
Zəfərimizin ilk müjdəsi, ilk müjdəçisi Suqovuşan…
İkinci Vətən Müharibəsi-Zəfər Şəhidlərimizin az qala üçdə birinin QANI, CANI… ilə azad edilən Suqovuşan…
Hər daşından qan daman və göz yaşları axan Suqovuşan…
800 yaxın Şəhidimizin-MAXE, könüllü (səfərbər) və Əsgərin Qanı, Canı hesabına şərəfsiz, murdar…düşmən caynağından azad edilən Suqovuşan…
Həm də Böyük xəyanətlərə, müəmmalara səhnə olan Suqovuşan…
Şəhidlərimiz, Qazilərimiz...ƏTDƏN ÇƏPƏR oldular, ətdən çəpər hördülər… Suqovuşanın azad edilməsindən ötrü…
DÜNYA HƏRB TARİXİNƏ MİSİLSİZ SALNAMƏLƏR YAZDIar…
Ona görə SUQOVAŞAN QANQOVUŞAN olmalı, “Suqovuşanın azad edilməsinə görə” medalı “SUQOVUŞANIN AZAD EDİLMƏSİNƏ GÖRƏ” ORDENİ ilə əvəzlənməlidir!
Ruhlarınız şad olsun!
Ruhlarınız qarşısında baş əyirik, MAXE, KÖNÜLÜ, ƏSGƏR ŞƏHİDLƏRİMİZ!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





