“Suqovuşan, Talış, Mehdili, digərləri son deyil, son olmayacaq…Zəfər yürüşümüz Şuşa, Laçın, Xocalı, Kəlbəcər və başqa yurd yerlərimiz azad edilənədək davam edəcək…Qələbə bizimdir, bizimlədir və bizim olacaq…Paşinyanlar da, makronlor da yaxşı eşitsinlər!”-ELDƏNİZ SƏLİMOVUN YAZISI

Müsəlləh və müzəffər Azərbaycan Ordusu işğal altında olan daha bir neçə kəndimizi, yaşayış məntəqəmizi azad etdi.

Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Ağdərənin çox strateji yaşayış məntəqəsi olan keçmiş Madagizi-indiki Suqovuşanı, həmçinin, Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etdi, düşmən, yağı işğalından qurtardı.

İgid, qəhrəman, şanlı Ordumuz yenidən tarix yazdı, yazır və yazmaqdadır.

Düşmənə, işğalçıya 2016-cı ilin aprel döyüşlərinin, 2018-ci ilin Cünnüt əməliyyatının, bu ilin iyul-Tovuz hadisələrinin daha ağırı, daha betəri yaşadıldı, yaşadılır və yaşadılmaqdadır.

Çünki bunu onlar-qana susamış, gözləri qandan doymayan ermənilər, işğalçı, təcavüzkar, nasist, faşist Ermənistan özü istədi və istədiyini də aldı, alır, alacaq.

Dəfələrlə xəbərdarlıq edilmiş, sərt mesajlar verilmişdi, “peşman olacaqlar” deyilmişdi, ancaq eşitmədilər, dinləmədilər, qulqardına vurdular, sentyabrın 27-də, səhər saatlarında yenidən qanlı təxribata əl atdılar, bütövlükdə atəşkəsi pozdular. Və Azərbaycanın da, Ordumuzun da anındaca çox sərt, çox kəskin, çox barışmaz üzünü gördülər.

Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatlarına, ikinci Qarabağ savaşına, ikinci Vəən müharibəsinə, torpaqlarımızın son qarışınacan azad olunmasına başladı.

Cəmi bir neçə saat ərzində işğal altında olan bir neçə kəndimizi, Füzuli və Cəbrayılın 7 yaşayış məntəqəsini murdar yağı tapdağından azad etdilər. Ardınca Ağdərə istiqmətində strateji hakim yüksəklikləri və Goranboy istiqamətində Murov dağı yüksəkliyindəki Murov zirvəsini nəzarətə götürdülər.

Dayanmadılar, düşmənə zərbə dalınca zərbə endirdilər və endirməkdədirlər.

Və dünən axşam saatlarında gözəl, illərdir, on illərdir gözlədiyimiz xəbərlər ard-arda gəldi. Ali Baş Komandanımız rəsmi “Tvitter” səhifəsində əvvəlcə Madagizin-Suqovuşanın, cəmi bir neçə dəqiqə sonra isə adları çəkilən yurd yerlərimizin işğaldan azad edildiyini yazdı, bəyan etdi, xalqımızın sevincinə sevinc qatdı.

Var olun, Ali Baş Komandan, var olun, cənab Prezident!

Var olsun, Azərbaycan Ordusu, var olsun, düşmən üzərinə şığıyan, ona qan udduran, Zəfər dalınca Zəfər yazan Azərbaycan Silahlı Qüvvələri!

Bu, son deyil, bu, son olmayacaq.

Bizi hələ çox qələbələr, çox zəfərlər gözləyir.

Bu Zəfər yürüşü digər yurd yerlərimiz-Şuşamız, Laçınımız, Xocalımız, Kəlbəcərimiz və sair azad olunanadək davam edəcək!.

Qarabağın işğalına birdəfəlik son qoyulacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və Qarabağ bizim, Azərbaycanın olacaq!

Bunu rəzil, bədnam, sərsəm paşinyanlar, digər yanlar da, ermənilərdən daha çox erməniçilik edən makronlar da yaxşı bilsinlər və eşitsinlər!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etixber.az

Read Previous

Daxili İşlər Nazirliyindən əhaliyə-MÜRACİƏT…

Read Next

“Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”-MÜDAFİƏ NAZİRLİYİ – ERMƏNİLƏR HORADİZİ VƏ TƏRTƏR ŞƏHƏRİNİ ATƏŞƏ TUTUR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir