Suraxanı və Nərimanov rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Suraxanı rayonu C.Qurbanov küçəsi “Aura” şadlıq sarayının qarşısında diametri 530 millimetrlik yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qaz tənzimləyicinin mövcud xəttə qoşulması ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq. Görülən işlər zamanı, fevralın 15-də saat 09:00-dan 17:00-dək Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin, həmçinin Nərimanov rayonu H.Əliyev, Xətai prospekti, Təbriz küçəsi, C.Hacıbəyli, Həsənoğlu, Ə.Əlizadə küçələrində və ətraf ərazilərin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Etikxeber.az

Read Previous

Çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə yüksək olub- NAZİRLİK

Read Next

Çantasından güclü təsir edən maddə, daxili orqanından narkotik vasitə çıxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir