Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Atəşkəs hər yerdə pozulur. Türkiyə və Rusiya liderləri hər dəfə İdlibdə atəşkəs elan edirlər, hər dəfəsində də pozulur. Çünki maraqlar fərqlidir. Doğrudur, Türkiyə və Rusiya prezidentləri növbəti dəfə yenə atəşkəslə bağlı razılığa gəliblər. Ancaq Suriya və İdliblə bağlı fərqli maraqlar atəşkəsin uzun ömürlü olacağını yenə şübhə altına alır.
Etikxeber.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Liviya ilə bağlı da bir neçə dəfə atəşkəs bəyanatı verilib, bu bəyanatlar əvvəlcə İstanbulda sonra Moskvada və Berlində dövlət başçılarının iştirakı ilə qəbul edilib, döyüşlər bu gün də davam edir. Çünki Liviyada qarşıduran tərəflərin fərqli maraqları var. Amerika və Taliban təmsilçiləri bir neçə gün əvvəl Qətərdə atəşkəs sazişi imzaladılar. Taliban hərəkatı bu gün paytaxt Kabildə Əfqanıstanın baş nazirinin və digər hökumət üzvlərinin iştirak etdiyi toplantıda partlayış törədərək 27 nəfəri qətlə yetirib. Bu atəşkəsin ömrü də bir neçə gün çəkdi. Eyni vəziyyət bizdədir. Azərbaycanla Ermənistanın fərqli maraqları olduğundan bizdə də atəşkəs daima pozulur…”-deyə, o, əlavə edib.

Etikxeber.az





