“Suriyada indi yeni dövr başlayır və…” – POLİTOLOQ

“Rusiya prezidenti Vladimir Putin Ankaradadır. Rusiya prezidenti Türkiyəyə Suriyadan getdi. Bu, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üçün sürpriz idi. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə Cumhurbaşqanının Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Rusiya və Türkiyə Suriyada DAİŞ üzərində qələbə çaldılar.

“Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı, hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə, Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan xalqı, Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev də yaşayacaq” – DEPUTAT – YENİLƏNİB

Read Next

“Bunlar Heydər Əliyevə təzyiq mesajları idi, amma…” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir