Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığında yerləşən “Ər Rukban” qaçqın düşərgəsində törədilən terror aktı nəticəsində həlak olanların sayı 100-ü ötüb.
Etikxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Hadisə ötən gecə terrorçu-kamikadzenin minalanmış avtomobili düşərgənin ərazisinə sürərək partlayıcı qurğunu işə salması nəticəsində baş verib. Partlayış nəticəsində onlarla insanın da yaralandığı bildirilir.
Xatırladaq ki, Suriya ordusu noyabrın 3-də Deyr əz-Zor şəhərini İŞİD terrorçularından azad etmişdi.
Etikxeber.az