Suriyada təhlükəsizlik bufer zonalarında Rusiyanın hərbi polisi yerləşdiriləcək

Rusiyanın hərbi polisi Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilə bilər. 

Etikxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Astanada keçirilən Suriyadanışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

“Hələlik rusiyalı müşahidəçilərin və ya Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakından danışmaq çətindir, lakin, ümumilikdə,  Rusiyanın hərbi polisinin Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilməsi nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

Lavrentyev bildirib ki,  sənədlərin imzalanmasından sonra 2-3 həftə ərzində Suriyada təhlükəsizlik bufer zonalarının yaradılması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

XİN ermənilərin cəbhədəki vəziyyəti yenidən gərginləşdirməsilə bağlı bəyanat yaydı…

Read Next

ATƏT-in Minsk qrupu həmsədrlərindən ciddi münasibət gözləyirik – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir