Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı: YERLƏ-YEKSAN OLUNUB

4300-dən artıq məktəbimiz darmadağın, yerlə-yeksan edilib. Ölkəmiz dağıdılıb, terrorçuluq ölkəmiz boyunca hər yerə yayılıb. Terror, terrorçuluq bomba “effekti” daşıyır, hər şeyi vurub, dağıdır, məhv edir. Bizim bugünkü durumumuz məhz belədir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) iki gündür davam edən Parlamentlərarası İttifaqın  Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı suriyalı parlamentari deyib.

Bununla belə, suriyalı deputat 2011-ci ilə, Suriya vətəndaş müharibəsinə sürüklənənə kimi, ölkəsində təhsilin ən yüksək səviyyədə olduğunu bildirib.

O, xatırladıb ki, Suriyada təhsil hər zaman pulsuz, dövlət hesabına olub.

“Ancaq bu gün bundan, təhsildən danışmaq olmaz. Terrorçular tərəfindən ölkəmiz darmadağın edilib, məktəblər, həmçinin, xəstənalar yerlə-yeksan olunmuş vəziyyətdədir…Bunlar bizim üçün dəhşətli mənzərələrdir…”-deyə, suriyalı deputat əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Milli Məclis, Ombudsman, “zəhərlənmiş sümük”, Şvartsenegger və Stallone…

Read Next

Heç bir ölkə terrorçuluq və ekstremizmdən sığortalanmayıb – FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir