Sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində bundan sonra yeni qaydalar tətbiq ediləcək. 

Etikxeber.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Belə ki dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq.

Həmçinin, təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək.

Etikxeber.az

 

Read Previous

Vahid ƏHMƏDOV: “Sabah bu çaşqınlıq yaradar…”

Read Next

Yaşayış və qeyri-yaşayış tikintisi ilə bağlı şərtlər və qaydalar dəyişdirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir