Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zaqataladan olan qazi döyüşçü Natiq Mahmudov 42 gündür ki, komadadır. O, Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Mən hökumətdən xahiş edirəm ki, onun həyata qayıtması üçün hər şey edilsin.
Etikxeber.az xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.
Millət vəkili qeyd edib ki, İkinci Vətən Müharibəsi Qazisi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır.
“O, 3 dəfə əməliyyat olunub . Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxası dəyişdirilsin, ya da mümkün olarsa, xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”-deyə, o, əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





