Şuşa fatehi, ali təhsilli, subay Şəhid Vüsal Teymurovun-XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU – FOTO-VİDEO – YENİLƏNİB – (3)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin 3 övladından biri, subay və ali təhsilli, Şuşa fatehi Vüsal Zakir oğlu Teymurovun Badamdar qəsəbəsində, yaşadğığı evdə Xatirə lövhəsinin (baralyefinin) açılışı olub.

Etikxeber.az-ın xəbərinə görə, açılış mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Səbail rayonundan olan Şəhid ailələri, hərbçilər, din xadimləri, məktəblilər, Səbail rayon rəhbərliyi və digər şəxlər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndilib, Şəhidin ruhuna dualar edilib.

Sonra çıxışlar edilib, məktəblilər tərəfindən Vətənə, Şəhidə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Mərasimdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Səbaili parlamentdə təmsil edən millət vəkili Nigar Arpadarai çıxış edərək, İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Vüsal Teymurov da daxil olmaqla, Qəhrəmanlıq dastanı yazan İgidlərimizdən bəhs ediblər.

Sonra Xatirə lövhəsinin açılışı edilib və çay süfrəsi arxasında Şəhidin ailəsi və digər Şəhid ailələri ilə söhbət, fikir mübadiləsi aparılıb.

***

Qeyd edək ki, əslən Lənkəranlı olan Vüsal Teymurov 2020-ci ilin noyabrın 8-də Şuşada, Şuşanın işğaldan azad edildiyi gün qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

29 yaşında Şəhidlik məqamına ucalan və Şuşa fatehlərindən olan Vüsal Teymurovun nəşi Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

Ölümündən, Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Noyabrın 13-də isə Şəhidin Anım Günü olacaq.

Anım Günündə öncə məzarı ziyarət olunacaq, sonra anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Etikxeber.az fotoları təqdim edir:

11:45

***

FOTOLAR:

ŞƏHİDİMİZİN YAŞADIĞI, BÖYÜYÜB BOYA-BAŞA ÇATDIĞI, QƏHRƏMAN KİMİ YETİŞDİRİLDİYİ MÜQƏDDƏS EV, MÜQƏDDƏS OCAQ…

ŞƏHİD ANASI…MƏĞRUR, DİK DURUŞLU ANA…QƏHRƏMAN ANA…NAHİDƏ ANA…

QƏHRƏMAN VALİDEYNLƏR…NAHİDƏ XANIM VƏ ZAKİR KİŞİ… VƏ ŞƏHİD BACISI…

12:00

***

ŞƏHİD ANASI VƏ ŞƏHİD QARDAŞI…

***

GƏLƏCƏYİN QƏHRƏMANLARI…

12:15

***

14:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MTRŞ-dən telekanallara-XƏBƏRDARLIQ…

Read Next

Eyni gündə, eyni saatda, eyni məkanda Şəhid olan qardaşların-İMAN VƏ BƏHRAM MƏMMƏDZADƏLƏRİN İZDİHAMLI ANIM GÜNÜ…- FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir