Şuşa fatehlərindən olan Aqil Quliyevin Cənnətdəki ikinci ad günü-BU GÜN ONUN 21 YAŞI TAMAM OLDU VƏ…- FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən və Şuşa fatehlərindən olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü, ailənin 3 övladından biri, evin subay oğlu Aqil Mətləb oğlu Quliyevin ad günüdür.

Onun 21 yaşı tamam olur və bu, Aqil Quliyevin Cənnətdəki ikinci ad günüdür.

Etikxeber.az xəbər verir ki, 2000-ci ilin dekabr ayının 3-də Bərdə rayonunda sadə bir ailədə dünyaya gələn Aqil Quliyev hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

İkinci Vətən Müharibəsinin ilk güündən də hərbçi, XTQ-çı kimi ən ağır döyüşlərdə iştirak edib.

Döyüş yolu da uzun və şərəfli olub.

Noyabrın 8-cən, Şuşa azad olunan günə kimi döyüş yolu keçib.

Və noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün elə Şuşada qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 3 gündən sonra Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Cənnətdəki ikinci ad günü, mövludu ilə bağlı bu gün Şəhidin yaşadığı evdə mərasim keçirilib.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkili Fatma Yıldırımın köməkçisi və digər şəxslər iştirak ediblər.

Onlar Şəhidin ailəsinə bir daha Allahdan səbr diləyiblər, “Şəhidimizin mövludu, Cənnətdəki ad günü mübarək olsun”-deyiblər.

Şəhidin ailəsi də belə bir gündə onları tək buraxmadıqları üçün hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Allah ailəsinə səbr versin!

18:00

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

ŞƏHİD ANASI…VÜSALƏ ANA…QƏHRƏMAN ANA…

ŞƏHİD ATASI…MƏTLƏB ATA…QƏHRƏMAN ATA…

ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

***

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Övladlarımız, Şəhidlərimiz ölməyiblər, quş kimi uçub gediblər…”- ŞƏHİD VÜSAL HƏSƏNOVUN ANASI MƏRİFƏT XANIM…- – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha 1703 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir