“Şuşa İli” nəinki Şuşanın, işğaldan azad edilmiş bütün ərazilərimizin, yurd yerlərimizin yenidən dirçəlməsi, cənnət məkanına çevrilməsi, ayağa qalxması, intibahı demək olacaq”-MM-İN KOMİTƏ SƏDRİ

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi çox böyük tarixi və əlamətdar hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günə işğaldan azad edilmiş bütün yurd yerlərimiz, Qarabağın hər bir guşəsi bizim üçün çox əziz və çox müqəddəsdir, bunun sübuta ehtiyacı yoxdur, bu, aksiomadır, amma bizim üçün Şuşanın yeri bir ayrdıdır, o, bizim göz bəbəyimiz, milli dəyərimiz, milli kimliyimizdir. Şuşa nəinki bizim, bütün dünyanın mədəniyyət beşiyi, musiqi konservatoriyası, ziyalılıq məbədgahıdır.

Onun hər daşı, hər çınqılı belə bir dəyərdir, bir müqəddəslikdir. Odur ki, yenicə qədəm qoydumuz 2022-ci ilin “Şuşa İli” elan edilməsi çox böyük siyasi, mənəvi, rəmzi məna daşıyır və bu, hər birimizin ürəyindən olan bir hadisədir. Ölkəsini, Vətənini, dövlətini, torpağını, Qarabağını sevən hər bir kəs bunu böyük sevinc, fəxr hissi ilə qarşılayır və ölkə Prezidentinə dərin minnətdarlıq edir.

Bunu Etikxeber.az-a açıqlamasında tanınmış şair, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O, qeyd edib ki, “Şuşa İli” nəinki Şuşanın, işğaldan azad edilmiş bütün digər ərazilərimizin, yurd yerlərimizin yenidən dirçəlməsi, cənnət məkanına çevrilməsi, ayağa qalxması, intibahı demək olacaq.

“Şuşa İli” həm də 30 ilə yaxın bir döv ərzində öz insanına həsrət qalmış Qarabağımıza “Böyük qayıdış”ın başlanğıcı, özülü, təməli olacaq. İnsanlarımız artıq yavaş-yavaş, mərhələ-mərhələ öz doğma yurd yerlərinə, əslində isə özlərinə dönmüş, qayıtmış olacaqlar. “Şuşa ili” eyni zamanda, son illər böyük inkişaf mərhələsi yaşayan turizm sektorunun daha da genişlənməsi, daha da qol-qanad açması demək olacaq. Çox tezliklə xarici, əcnəbi turistlər Şuşamıza və digər bölgələrimizə axın edəcəklər, tariximizlə, keçmişimizlə, dəyərlərimizlə tanış olacaqlar. Həm bir daha erməni vandalizminə şahidlik edəcəklər, həm də Azərbaycanın gücünə, qüdrətinə, necə sürətli inkişaf yolu keçməsinə, əzminə şahid olacaqlar. “Şuşa ili” həmçinin, bir daha Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə tam sahiblənməyimiz, tam yiyələnməyimiz demək olacaq və deməkdir.

Bəli, bizik Şuşalı, dağlı-aranlı Qarabağ və Vahid Azərbaycan! Bizik bu torpaqların əbədi, əzəli və qanuni sahibləri, yiyələri! Bizim olanı da bundan sonra kimsə və kimsə bizdən ala, qopar bilməz və bilməyəcək! Mümkün olmadı, mümkün deyil, mümkün də olmayacaq! Bəli, biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bəli, Şuşa bizim idi, bizim də oldu, Qarabağ bizim idi, bizim də oldu. Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kiçik çavuş Qubadlıda-3 HƏRBÇİMİZİ QƏTLƏ YETİRDİ…

Read Next

Hava buludlu olacaq, dağlıq rayonlarda qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir